Pensiyalar artmayacaq
Səbəb ölkədə istehlak qiymətləri indeksinin aşağı olmasıdır
Bu il və gələn ilin əvvəlində Azərbaycanda pensiyaların qaldırılması gözlənilmir.
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, mövcud qanunvericiliyə görə, pensiyaların həm baza hissəsinin, həm də sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılır. Hazırda ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin dekabrına nisbətən aşağı düşdüyünə görə pensiyaların artırılması gündəmdə deyil.
Səlim Müslümov deyib ki, bu il sosial sığorta haqlarının ödənməsində azalma müşahidə olunur. Onun sözlərinə görə, bu azalmalar əsasən ayrı-ayrı böyük şirkətlər üzrə nəzərdə tutulmuş proqnozlara nisbətdə qeydə alınıb: “Qeyri-büdcə sektoru üzrə proqnozlara nisbətdə 9 ayda bizim nəzərdə tutduğumuzdan təxminən 60 milyon manata yaxın az vəsait toplanıb. Bu, əsasən iri dövlət müəssisələrində əməkhaqqı fonduna edilmiş əlavələrin və mükafatların dayandırılması hesabına baş verib. Nəticədə sosial sığorta haqlarının məbləği proqnoza nisbətdə aşağı olub”.
Bununla belə, pensiyaların ödənməsində heç bir problem yoxdur və gələcəkdə də olmayacaq. Səlim Müslümov bildirib ki, ötən ilin əvvəlinə Dövlət Sosial müdafiə Fondunun xəzinə hesabında olan 92,1 milyon manat həcmində ehtiyat vəsait olub və həmin vəsait hesabına pensiyaların ödənməsi vaxtında həyata keçirilib.
Elxan SALAHOV

588