340 kiloqramdan çox yararsız ərzaq aşkarlanıb
19 oktyabr 2009 19:45 (UTC +04:00)

340 kiloqramdan çox yararsız ərzaq aşkarlanıb

Mağazalarda satılan belə məhsulları satışdan çıxarılaraq məhv edilib

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq bazarındakı vəziyyətlə bağlı monitorinqləri davam etdirir. Bakıda və ölkənin bir neçə rayonunda aparılan son monitorinqlərdə istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb.


İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, bu dəfə pozuntu halları Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Koroğlu” MMC-yə məxsus anbarda, Nizami rayonunda Musa Hüseynova məxsus mağazalarda, “Nurlan market”də, Gəncə şəhərində Aqil Əliyevə və Elmar Mövlayevə məxsus ərzaq malları mağazalarında qeydə alınıb. Belə ki, həmin mağazalarda ümumi çəkisi 340 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq və qeyri-ərzaq məhsulları aşkarlanıb. Kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, kosmetik vasitələr və s. olunmuş, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar