Bakıda it sərgisi
Bu gün Azərbaycan paytaxtında bacarıqlı itlərin sərgi-yarışı keçirilib.
APA-nın məlumatına görə, “Luna Park”da təşkil olunan sərgidə 100-ə yaxın müxtəlif cinsli it iştirak edib. Sərgini təşkil edən Kinoloqlar İctimai Birliyi 2002-ci ildən belə sərgilər keçirir. Birliyin sədri Zaur Ağabəyli APA-ya bildirib ki, gələcəkdə analoji sərgilərin Sumqayıt və Gəncədə də keçirilməsi nəzərdə tutulur. Bunun üçün ilk növbədə bu şəhərlərdə olan itsevərlərin sayını və məlumatlarını toplamağa ehtiyac var.
Z.Ağabəylinin sözlərinə görə, sərgidə iştirak edən itlər üçün xüsusi yerlər müəyyənləşdirilib. Hər bir it cinsinin özünə aid yaşı və cinsindən (erkək və ya dişi) asılı olaraq titullar veriləcək. Sonda isə sərginin ən yaxşı iti seçiləcək və o, sərginin ümumi qalibi olacaq. Qaliblərin müəyyənləşdirilməsi üçün meyarlar müxtəlifdir: “Bu gözəllik sərgisidir və tədbirin meyarlarında əsasən itlərin görünüşü, bacarıqları qiymətləndirilir. Mükafatlar isə simvolik olaraq suvenirlər, kuboklar və titullar olacaq. Bizim sərgilərdə çox qiymətlə mükafatlar olmur. Amma titullar verilir, hər titula görə it sahibi fəxr edə və öz reytinqini artıra bilər”.
İtlərin qiymətləndirilməsi bu sahə üzrə mütəxəssislər, beynəlxalq dərəcəli hakimlər tərəfindən həyata keçiriləcək.
Sərgiyə Rusiyadan da 20-yə yaxın iştirakçı qatılıb. Ötən illərdə isə Ukrayna, Çexiya və Latviyadan da sərgi iştirakçıları olub.
Qeyd edək ki, sərgi günün sonuna kimi davam edəcək və sonda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15