Erməni əsirliyindəki azərbaycanlı hərbçilərdən xəbər yoxdur
Valideynləri övladlarına görə narahatlıq keçirirlər
Erməni əsirliyində olan Azərbaycan ordusunun hərbçiləri - Anar Xanbaba oğlu Hacıyev və Rafiq Rəhman oğlu Həsənovun valideynləri övladlarından üç aydır heç bir xəbər olmamasından narahatdırlar.
A.Haçıyevin anası Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bir neçə gün əvvəl etdiyi müraciətin cavabında ona Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) oğlu ilə bağlı 24 saat ərzində xəbər veriləcəyini bildiriblər: “Neçə gündür, gözləyirəm. Amma Anar haqqında heç bir məlumat verilmir. Mən ölkə prezidentinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edirəm. Övladımın taleyindən narahatam”.
Əsir R.Həsənovun atası Rəhman Həsənov isə APA-ya bildirib ki, BQXK-nın Bərdə ofisindən hər dəfə ona oğlu ilə bağlı heç nə bilmədiklərini, Ermənistanda Azərbaycan dilini bilən tərcüməçinin olmadığını deyirlər: “Mən daha bu sözlərə inanmıram. Ola bilməz ki, bu qədər müddət ərzində oraya bizim dili bilən bir tərcüməçinin göndərilməsi mümkün olmasın”.
Qeyd edək ki, BQXK əməkdaşları sonuncu dəfə iyulun 23-də əsirlərin saxlanma şəraitinin monitorinqini aparıb, onlarla təkbətək görüşlər keçiriblər.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev isə Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, mayın 10-da saat 9.45-də Füzuli cəbhəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

783