Azərbaycanda “Nobel”ə namizəd olan alimlərin siyahısı hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, AMEA elmi müəssisə rəhbərləri və gündəlikdəki məsələlərə aidiyyatı olan alim və mütəxəssislərin iştirakı ilə keçirilən iclası AMEA prezidenti akademik Mahmud Kərimov açıb.
O, Azərbaycan alimləri tərəfindən “Nobel sülh mükafatı”na layiq görüləcək namizədlərin siyahısının noyabrın 1-nə kimi təqdim olunması, “Dünya ədəbiyyatı kitabxanası” seriyasından 150 adda kitabın Azərbaycan dilinə tərcümə edilərək kütləvi nəşr olunacağı və bu nəşrlərə alimlərimizin üzv olması zərurətini diqqətə çatdırıb.
“Metalların korroziyadan radiasion-kimyəvi mühafizəsi” adlı elmi məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Adil Qəribov bildirib ki, təqdim olunan məruzədə nüvə reaktorlarının istilikayırıcı materialı olan sirkonium, alüminium metalları və paslanmayan poladın radiasiya və bu mühitdə baş verən kimyəvi proseslərə davamlılığının artırılması üzrə aparılan elmi araşdırmaların nəticələri şərh olunur. O, bu tədqiqat zamanı radiasiya-kimyəvi üsulla metalın səthində müdafiə oksid təbəqəsinin yaradılması və onun istilikdaşıyıcı olan su ilə təmasında davamlılığının öyrənilməsinin həyata keçirildiyini, səthin radiasiya-kimyəvi, elektrofiziki proseslərdə aktivliklərinin tədqiq olunduğunu qeyd edib. Heterogen radioliz nəticəsində səthdə baş verən dəyişikliklərin optik spektroskopik üsullarla tədqiq olunduğunu diqqətə çatdıran alim aparılmış tədqiqatların əsasında Metal-H2O2 Metal-MeO-H2O təmaslarında gedən radiasion-heterogen proseslərin mexanizminin və davamlı səthi müdafiə təbəqəsinin yaranma şəraitinin aşkar olunduğunu, aşkar olunmuş üsulun digər materiallara və şüa növlərinə tətbiqi üzrə elmi tədqiqat işlərinin davam etdirildiyini söyləyib.
Akademiklər Mahmud Kərimov, Musa Rüstəmov, Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Akif Əzizov və Kimya Problemləri İnstitutunun laboratoriya müdiri k.e.n. Hilal Tahirli elmi məruzə ilə bağlı müzakirələrdə iştirak ediblər.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40