Ərzağın qiyməti qalxır
Ən çox bahalaşma yağ, şəkər tozu, qənd, çay, düyünün qiymətində müşahidə olunur
Son bir həftədə gündəlik qida rasionumuza daxil olan bir çox ərzaq məhsullarının qiyməti artmağa başlayıb. Artım daha çox yağ, şəkər tozu, qənd, çay və düyünün qiymətində müşahidə olunur.
Lent.az-ın əməkdaşı Bakıda ərzaq məhsullarının satışı ilə məşğul olan bir sıra mağazalarda monitorinqlər aparıb və məlum olub ki, sadalanan məhsulların qiymətində 3-5 faiz bahalaşma var. Belə ki, qənd, şəkər tozu və çayın qiyməti 20 qəpik, yağın qiymətində isə növlərdən asılı olaraq, 30 qəpikdən 50 qəpiyədək yüksəlib. Satıcılar bahalaşmanı oktyabrın 1-dən topdansatış qiymətlərin artması ilə əlaqələndirirlər.
Topdansatış ticarətlə məşğul olanlar deyirlər ki, oktyabrın 1-dən bir sıra növlərdən olan ərzaq məhsullarının idxalına məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər daha çox həm də Azərbaycanda istehsal olunan məhsullara aid edilir. Bu səbəbdən də oktyabrın 1-dən bəzi ərzaq məhsullarının daşınma xərcləri artıb. Bu isə nəticə etibarilə bahalaşmaya gətirib çıxarır.
Elxan SALAHOV

582