Sumqayıtda sayğaclaşma başa çatır
Sumqayıt şəhərində əhali qrupu üzrə istehlakçıların 80 faizinin mənzillərində elektrik enerjisi və su sayğaclarının quraşdırılması başa çatıb. Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, hazırda şəhərdə güzəştsiz əhali kateqoriyası üzrə 79509 nəfər abonent var.
Şəhər üzrə ümumilikdə 77187 ədəd elektrik sayğacı quraşdırılıb. 2011-ci ilin yanvar ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 97,15 faiz təşkil edib. Ötən ay ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 891,88 min manat dəyərində, 14864,62 min kilovat/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 866,49 min manat dəyərində ödəniş olub.
Sumqayıt şəhərində güzəştsiz əhalinin 67,6 faizi su sayğacı ilə təmin edilib. Yanvar ayında şəhərin güzəştsiz əhalisinə 420 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 210,4 min manat dəyərində ödəniş olub ki, bu da 50.1 faiz təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 38730 nəfərdir.
Hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68600 nəfər abonent var.
Elxan SALAHOV

541