AMEA-nın institut direktoru Moskvaya yollanır
13 oktyabr 2009 17:30 (UTC +04:00)

AMEA-nın institut direktoru Moskvaya yollanır

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Rusiyaya (Moskva) yol düşəcək. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd Rusiyanın Strateji Araşdırmalar İnstitutu ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində keçiriləcək görüşdə iştirak etməkdir.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar