Azərbaycanda 1333 hektarlıq Dövlət Təbiət Yasaqlığı yaradılır
12 oktyabr 2009 16:30 (UTC +04:00)

Azərbaycanda 1333 hektarlıq Dövlət Təbiət Yasaqlığı yaradılır

Bunun üçün Lerikin 3 kəndindən torpaq ayrılıb
Baş nazir Artur Rasizadə “Rvarud Dövlət Təbiət Yasaqlığı”nın yaradılması haqqında qərar imzalayıb.

Lent.az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qərar ölkə ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə almaqla verilib.
Qərara əsasən, Lerik rayonunun Çayrud bələdiyyəsinin mülkiyyətində olan və Rvarud kəndinin ərazisində yerləşən torpağından 510 hektar, Anzolu kəndinin ərazisində yerləşən torpağından 315 hektar, habelə Veri bələdiyyəsinin mülkiyyətində olan və Veri kəndinin ərazisində yerləşən torpağından 508 hektar olmaqla, cəmi 1333 hektar sahədə Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılacaq.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar