Azərbaycanda kosmonavtlar hazırlanacaq - EKSKLÜZİV
Yaxın illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində (AAHTM) kosmik pilotların və mütəxəssislərin hazırlanmasına başlanacaq. Lent.az-ın hərbi məktəbdən əldə etdiyi məlumatlara görə, kosmik mütəxəssislərin hazırlanması Azərbaycanda hazırda sırf ekstremal şəraitlərdə çalışan pilotların hazırlığını həyata keçirən bu təhsil müəssisəsində ilk addımdır. İlk olduğundan burada kadrların hazırlığı dövlət başçısının tapşırığı ilə hazırlığı ABŞ, Rusiya, Fransa kimi ölkələrin köməyi ilə həyata keçiriləcək. AAHTM-də mütəxəssislərə peykin idarə edilməsi, istismarı və s. öyrədiləcək.
Bu ildən başlayaraq qeyd olunan istiqamət üzrə məktəbdə zəruri şəraitin yaradılması, simulyasiya sistemlərinin alınması, həmçinin tədris proqramının hazırlanmasına başlanılacaq.
Məlumata görə, yeni ixtisas üzrə tələbələr hərbi aviasiya bölməsindən seçim əsasında götürüləcək. Burada onlara kosmonavtika tədris olunacaq, kosmosda işləmək üçün zəruri olan bilik və bacarıqlar aşılanacaq. Azərbaycanın kosmos mütəxəssisləri və kosmik pilotlarının həmçinin 2012-2013-cü illərdən başlayaraq xaricdə təcrübə mübadilələrinə göndərilməsi də nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Rusiya, ABŞ, Hindistan və Çində də kosmik pilotlar hərbi təyyarəçilik məktəblərində hazırlanır. Hərbi rütbələri və dərəcələri saxlanılmaqla, onlar kosmonavtikada fəaliyyət göstərirlər.

Oxşar yazılar
Hacıqabulu su basdı - VİDEO
7 may 2025 , 10:05
Kommunal xidmətlə bağlı abonent dəyişdiyi zaman pul ödənilir? – CAVAB
7 may 2025 , 09:50
Mayda Azərbaycana qar yağdı - GÜNÜN HAVASI
7 may 2025 , 09:41
May BEŞ BÜRC üçün ilin ən xoşbəxt ayı olacaq
7 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 may 2025 , 08:30
Yolda belində odun daşıyan 70 yaşlı nənə ilə maraqlı söhbət - VİDEO
7 may 2025 , 06:20
Mayın 7-i hava necə olacaq? - VİDEO
7 may 2025 , 00:46