Naşirlər prezidentə müraciət etdi
Onlar kitabların nəşri və satışı ilə məşğul olan müəssisələrə güzəştlərin verilməsini xahiş edir
Azərbaycanda fəaliyyət göstərən bir neçə nəşriyyat-poliqrafiya müəssisəsinin rəhbərləri prezident İlham Əliyevə müraciət ediblər.
Lent.az-ın məlumatına görə, müraciət müəllifləri son illər mədəni irsimizin qorunması, mədəni həyatımızın zənginləşməsi naminə çoxlu işlər görüldüyünü, kitab nəşrində bir sıra həvəsləndirici tədbirlərin reallaşdırıldığını xatırlatmaqla yanaşı bu sahədə bəzi problemlərin qaldığını bildiriblər. Müraciətdə deyilir ki, Azərbaycan naşirləri bir araya gələrək kitab istehsalatı, nəşri və yayımı ilə bağlı problemlərinin həlli üçün əlavə tədbirlərə ehtiyac olduğunu müəyyənləşdirib.
Naşirlər uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyalar, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlər müəyyən edilməsini, kitabın dəyərinə qoyulan və kitabdan əldə olunan gəlirlərdən ödənilən vergi dərəcəsinin azaldılmasını, bütün növdən olan kitabların ƏDV-dən azad edilməsini, çap olunan kitabın identifikasiya kodunun verilməsini xahiş edir. Bundan başqa, naşirlər kitablarla bağlı statistik məlumat toplanmasını, kitab satışını həyata keçirən müəssisələrə güzəştlərin verilməsini, kitab istehsalı üçün xammala vergi və gömrük güzəştlərinin tətbiq edilməsini də zəruri sayırlar.
Müraciəti “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu, “Əblov- Zeynalov oğulları” Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Qeys Əbilov və “Oskar” Nəşriyyat və Poliqrafiya Mərkəzinin rəhbəri Namiq Tağıyev imzalayıb.
Elan SALAHOV

594