FHN Oğuzda selin törətdiyi fəsadla bağlı rəsmi məlumat yaydı
08 oktyabr 2009 19:00 (UTC +04:00)

FHN Oğuzda selin törətdiyi fəsadla bağlı rəsmi məlumat yaydı

2009-cu ilin oktyabr ayının 7-dən 8-ə keçən gecə Oğuz rayonunda hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, verilən ilkin məlumatda bildirilir ki, rayonun inzibati mərkəzi Oğuz şəhərində 1 evin arxa divarı tamamilə dağılıb, 1 körpü zədələnib, 1 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, şəhərin enerji, qaz, rabitə və yol təsərrüfatlarına ziyan dəyib.

Tələfat barədə məlumat verilmir. Hazırda aidiyyəti xidmətlər yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, yerlərdə dəymiş ziyan müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar