Rayonlara qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 13-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Güclü cənub-qərb, qərb küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, günün birinci yarısında 9-14 dərəcə isti, axşama doğru 5 dərəcəyədək isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də hava əsasən yağmursuz olacaq. Lakin fevralın 13-də axşam dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

607