Yaponiya səfirliyi Xaçmazda tibb məntəqəsi tikəcək
11 fevral 2011 19:03 (UTC +04:00)

Yaponiya səfirliyi Xaçmazda tibb məntəqəsi tikəcək

Xaçmaz rayonun Niyazoba kəndində yeni tibb məntəqəsi tikiləcək. Tibb məntəqəsi Yaponiya səfərliyinin ayırdığı qrant hesabına inşa olunacaq. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Xaçmaz rayon İcra Hakimiyyəti ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında saziş imzalanıb.

Səfir Şusuke Vatanabe bildirib ki, bu layihə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Yaponiya və Azərbaycan arasında imzalanan 139-cu sazişdir. Səfirliyin Xaçmaz həyata keçirdiyi layihələrin sayı isə 6-dır.

Qeyd edək ki, Yaponiyanın Azərbaycana iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişaf üçün ayırdığı yardımın məbləği 1 milyard ABŞ dollarını keçib.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar