Vaksin vurulmayan zəvvarlar Həccə buraxılmayacaq
07 oktyabr 2009 18:30 (UTC +04:00)

Vaksin vurulmayan zəvvarlar Həccə buraxılmayacaq

Həcc ziyarətinə viza almaq üçün zəvvarların vaksinasiya olunması şərtdir

“Həcc ziyarəti üçün Azərbaycana kvotanın azaldılması və yaş məhdudiyyətinin qoyulması Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) istəyi deyil. Bu, Səudiyyə Ərəbistanı hökumətinin qərarıdır və biz o qərara əməl etməliyik”.

Lent.az-ın məlumatına görə, QMİ-nin sədr müavini Hacı Salman Musayev keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün kvota üzrə ayrılmış yerlərin sayı 2 mindir. Bu yerlərin 600-ə qədəri təyyarə ilə yola salınacaq zəvvarlar üçün nəzərdə tutulub.

Hacı Salman Musayev deyib ki, əvvəlcədən elan olunduğu kimi, “donuz qripi”nə qarşı vaksinasiya olunmayan zəvvarlara viza verilməyəcək. Bu səbəbdən də Həcc ziyarətinə getmək istəyənlərin müvafiq yoxlamalardan keçməsi və vaksinasiya olunması vacibdir: “Doğrudur, Azərbaycanda donuz qripinə yoluxma halları yoxdur. Ancaq zəvvarlar vaksinasiya ediləcək. Vaksin olunmayanlara viza verilmir”.

QMİ-nin sədr müavini bildirib ki, Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota hələ dolmayıb. Ancaq zəvvarların qeydiyyata alınması üçün hələ kifayət qədər vaxt var. Onun sözlərinə görə, tələbat artıq olacağı təqdirdə avtobusla Həccə göndəriləcək zəvvarların sayı bir qədər artırıla bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar