Bu il Azərbaycandan 99 nəfər deportasiya edilib
Bu ilin 9 ayı ərzində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış 99 nəfər ölkədən deportasiya edilib.
APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib.
Ölkədə müşahidə olunan iqtisadi inkişafla əlaqədar Azərbaycana gələn miqrantların sayının artdığını deyən A. Rəhimov bu prosesin qanunla tənzimləndiyini vurğulayıb: “Bizim fəaliyyətimiz ondan ibarətdir ki, ölkəyə gələn əcnəbilərin burada qanuni əsaslarla yaşamasını təmin edək. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ölkəmizə gələn hər əcnəbi Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdır”.
A. Rəhimov son illər Azərbaycana gələn əcnəbilərin, əsasən İran, Türkiyə, Almaniya, Böyük Britaniya və Orta Asiya ölkələrinin vətəndaşları olduğunu bildirib. Xidmət rəisi əcnəbilərin Azərbaycanda qanunsuz məskunlaşmasına qarşı daim mübarizə aparıldığını vurğulayıb.

1118