Naxçıvanda sement zavodunun inşasına başlanılıb
06 oktyabr 2009 18:45 (UTC +04:00)

Naxçıvanda sement zavodunun inşasına başlanılıb

Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli rayonunda yeni sement zavodunun inşasına başlanılıb. NMR İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böyükdüz kəndi yaxınlığında tikilən zavodun ərazisi 150 min kvadratmetr sahəni əhatə edir.

Tikinti işləri başa çatdırıldıqdan sonra zavodda müxtəlif texniki avadanlıqlara malik 15-dək sex fəaliyyət göstərəcək. Vahid mərkəzdən idarə olunacaq sexlərdə istehsal prosesi mərhələli şəkildə aparılacaq.

Sement istehsalında xammal kimi əsasən yaxın ərazidə yerləşən Çalxanqala kəndinin dağlıq ərazilərindən çıxarılan gəc daşından istifadə olunacaq.

Zavodun istehsal gücü gün ərzində 800 ton olacaq.

Fariz YUNİSLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar