Məhəmmədi kənd sakininin ixtirası
Abşeron rayonunun Məhəmmədi kəndinin 77 yaşlı sakini Mehdi Məmmədov heç bir enerji sərf etmədən elektrik enerjisi istehsalına imkan verən texnologiya ixtira edib.
1932-ci il təvəllüdlü M. Məmmədov APA-ya açıqlamasında bu işə 10 il əvvəl başladığını və enerjini verəcək çarxın işə düşməsi üçün tamamlama işlərinin qaldığını deyib. O bildirib ki, çarx mərkəzəqaçma və mərkəzdənqaçma üsulu ilə işləyir və 8 yükdən ibarətdir: “Bu mexanizmi qursaq, nə günəş, nə atom, nə də külək enerjisinə ehtiyac qalmaz. Bir ton dəmirdən düzəldilən çarxdan saatda 50 kilovatt enerji almaq mümkündür. Bununla qatarları da işlətmək mümkündür, dağ kəndlərinə hər hansı xətt çəkmədən elektrik enerjisi vermək də. İşin 95 faizi görülüb. Sadəcə 5 faizi qalıb ki, bu iş başa çatsın”.
İndiyə qədər çarxın hazırlanması üçün 40 min manatdan artıq vəsait xərcləndiyini söyləyən M.Məmmədov, hazırda 3-4 min manatlıq materiala ehtiyac duyduğunu, lakin həmin materialları almaq üçün maliyyəsi olmadığını vurğulayıb: “Bununla bağlı Sənaye və Energetika Nazirliyinə, Milli Elmlər Akademiyasına müraciət etmişəm. Amma heç bir real addım yoxdur. Hamısı gəlib, baxıb, gediblər”.
M.Məmmədovun sözlərinə görə, onun ixtirasını reallaşdırmaq mümkün olsa, Azərbaycan dövləti böyük gəlir əldə edə bilər: “Mən bunun patenti ilə maraqlanmışam, 30 faizi mənə, 70 faizi isə dövlətə ödənilir. Biz bu çarxı işə saldıqdan sonra bütün dünya bundan yararlanacaq və neftdən daha çox gəlir əldə edəcəyik”.

1038