Enerjinizi artırmaq üçün 23 asan təklif
06 oktyabr 2009 12:45 (UTC +04:00)

Enerjinizi artırmaq üçün 23 asan təklif

Enerjinizi zirvədə tutmaq və gün boyunca bunu qorumaq üçün yeməklərinizə diqqət yetirməli və bir neçə saatınızı özünüzə ayırmalısınız.

Lent.az enerjinizi zirvədə tutmaq üçün 23 təklif sizlərin ixtiyarına verir.

1. Cardiff Universitetində aparılmış araşdırmaya görə, hər gün 40 qram buğda və ya qarğıdalı lifləri qəbul etməlisiniz. Çünki bu cür liflər enerjini artırır və stressi azaldır.

2. Səhərlər duş alarkən soyuq və isti suyu növbələşdirin. Əvvəl ilıq suyun altında durun. Ardından suyun istiliyi ilə oynayın. Ancaq başınızı suyun altına soxmamağa çalışın. 5-6 dəqiqə bunu təkrarlasanız, çıxarkən özünüzü daha rahatlamış hiss edəcəksiniz.

3. Araşdırmaların nəticəsinə görə, hər 4 qadından birində qanda dəmirin səviyyəsinin aşağı olduğu təyin olunub. Bu da yorğunluq və halsızlıq yaradır. Buna görə də tərkibində daha çox dəmir olan yaşıl tərəvəz, qurudulmuş meyvələrdən bolluca istifadə etməlisiniz.

4. Daha bol balıq, toyuq, pendir, paxla və yumurta yeməlisiniz. Çünki bədən üçün lazımlı “omeqa” sadalanan bu 3 qidalarda var. Balıq yemək eyni zamanda bədənin “seratonin” ifraz etməsini təmin edir. Bu hormon da beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir.

5. Gündə 2 ya da 3 litr su içməlisiniz. Harvard Universitetində aparılan araşdırmaya görə, bu nisbətlərdə su içmək dayanıqlılığı artırır, stressin azalmasına köməkçi olur.

6. Qamətinizi dik saxlayın. Donqar dayanmaq əzələlərin sürətli çalışaraq, yorulmasına səbəb olar. Nəfəs almanızı çətinləşdirər. Qamətli mövqedə ikən isə daha rahat nəfəs ala bilərsiniz, oksigen ağciyərlərə dolar və beləcə qanın daha rahat dövr etməsi təmin edilər.

7. Araşdırmalara görə, ən sevdiyiniz musiqiləri dinləmək stressi yüngülləşdirir və yorğunluqla daha rahat döyüşmənizi təmin edir. İş görərkən musiqi dinləməyə laqeyd yanaşmayın...

8. Çölə çıxın. Səhər qalxınca edəcəyiniz ilk işiniz çölə çıxmaq olsun. Amerikalı elm adamları təbii işığın beyni hərəkətə keçirdiyini və “seratonin” ifraz etməsinə köməkçi olduğunu söyləyir ki, bu da xoşbəxtliyinizi artırır.

9. Gün ərzində mütləq yatın... 30 dəqiqəlik qısa bir yuxu belə insanların performansına müsbət təsir edir. İşdə ikən qısa müddətə də olsa gözlərinizi yumub, istirahət edin.

10. Bədəninizin turşu nisbətini tənzimləməyiniz lazımdır. Gərəyindən çox şirin yeməklər və pendir turşu əmələ gətirir və enerjini tükəndirir. Buna görə tərəvəz və meyvə salatlarını bol istehlak edin.

11. Həkimlər həyatınızdakı yaxşı şeyləri xatırlamanız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmanızı təklif edirlər. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz.

12. Nizamlı yemək yeyin. Yeməklər arasındakı uzun ara vermələr şəkərin düşməsinə, bu səbəbdən enerjinizin azalmasına səbəb olar. Gündə üç dəfə mütləq yemək yeyin. Gün ərzində banan, fındıq, qatıq yemək məqsədə uyğun sayılır.

13. Əzələlərinizi hiss edərək enerji təmin edin. Məsələn, iki əlinizi sinə xəttində birləşdirin və bir-birinə sıxın. Ardından başınızın üstünə qaldırın və bunu 5-10 dəfə təkrarlayın.

14. Günə yaxşı bir naharla başlayın. Süd, 150 qram qatıq, 1 banan, kərə yağı, bal, fındıq və qozu qarışdırıb yeyə bilərsiniz. Bu qarışıq günə gümrah başlamaq istəyənlər üçün ideal bir qarışıqdır.

15. Nəfəs alıb-vermənin əhəmiyyətini mütləq qavrayın. Dərindən nəfəs alıb-vermək, nəfəs yolunuzu açacaq və daha çox enerji almağınızı təmin edəcək. Hər saat üç, ya da dörd dəfə dərindən nəfəs alıb verin.

16. Cib telefonunuzu bağlanın. Qoy lap günün bir neçə saatı kimsə sizə çata bilməsin. Lazım olanda iş və ailəniz üçün istifadə edin.

17. Nizamlı olun. Dağınıqlıq sizi stressə soxacaq. Gərəksiz yerə vurnuxsanız, bu stresslə işləriniz yolunda getməyəcək. Bu xaosu yaşayıb stressinizi artırmayın.

18. Addımlarınızı artırın. Daha çox gediş edin, bol-bol nərdivan çıxın. Ola bildikcə hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Bu da sizi rahatlaşdıracaq.

19. Maqnezium almağa diqqət yetirin. Tərəvəzlərdə, fındıqda və taxıllı çörəklərdə olan bu vitamin sizə gümrahlıq qazandıracaq.

20. Yeməklərdəki enerjinin sürətli “emalını” təmin edən “Co-enzimQ10”, bədənin çıxardığı antioksidandır. Bu fermentin meydana gəlməsini təmin edən yeməklər də brokoli, qəhvə rəngli şəkər, kəpəkli məhsullar, soya və fındıqdır.

21. Çox kofein və spirt yuxuya mane olur və enerji verən “B” vitaminini itirir. Həftədə bir neçə dəfə 1 ya da 2 qədəhi keçməmək şərti ilə spirtli içki qəbul edə bilərsiniz.

22. Kompüterlə işləyərkən mütləq ara verin. Yaponiyalı alimlər, kompüter qarşısında çox oturan insanlarda narahat olma halının artdığını, gözlərdə problem yaşandığını və bədən ağrılarının çoxaldığını söyləyir.

23. Və son olaraq: zehni mənada rahatlanmaq və yenilənmək üçün özünüzə 20 dəqiqə ayırın və bunları etməyə çalışın.

Hazırladı: Kimyə Rüstəmova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar