Aspiranturaya qəbul dayandırıldı
06 oktyabr 2009 10:15 (UTC +04:00)

Aspiranturaya qəbul dayandırıldı

Buna səbəb təhsilin bu pilləsinin yeni qəbul olunmuş “Təhsil haqqında” qanundan çıxarılmasıdır

2009-2010-cu dərs ili üçün aspiranturaya qəbul dayandırılıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA ) prezidenti Mahmud Kərimov məlumat verib.

Onun sözlərinə görə, aspiranturaya qəbulun dayandırılmasına səbəb təhsilin bu pilləsinin yeni qəbul olunmuş “Təhsil haqqında” qanundan çıxarılmasıdır: “Qanunda doktorantura pilləsinin iki mərhələdən ibarət olması nəzərdə tutulur. Lakin bu mərhələlərə qəbulun necə aparılması ilə bağlı hələlik aydınlıq yoxdur. Ədliyyə Nazirliyində bəzi sənədlər hüquqi təsdiqini tapmalıdır”.

M. Kərimov bildirib ki, hazırda AMEA-da doktoranturanın əsasnaməsinin hazırlanması üzərində ilkin hazırlıq işləri gedir: “Bu əsasnamə elə hazırlanmalıdır ki, həm “Təhsil haqqında” qanuna, həm də payız sessiyasında müzakirəyə çıxarılacaq “Elm haqqında” qanun layihələrinə uyğun olsun”.

Qeyd edək ki, AMEA-nın hər il aspirantura mərhələsinə keçirdiyi imtahanlara 150-200 nəfər sənəd verirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237

Oxşar yazılar