Saxta dərsliklər yığışdırılıb
178 ədədə yaxın bu cür saxta dərslik və 3115 ədəddən çox mənşəyi bəlli olmayan dəftərlər satışdan çıxarılıb
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti dərs ilinin başlanması ilə əlaqədar dərsliklərin və dərs ləvazimatlarının keyfiyyəti ilə bağlı apardığı araşdırmaların nəticələrini açıqlayıb. Araşdırma zamanı ticarət şəbəkələrində satılan, üz qabığı sellofansız və üzərində “Azərbaycan dili 8” yazılmış, son səhifəsində isə “Aspoliqraf” mətbəəsində çap olunduğu göstərilən dərslik, həmçinin üz qabığında “My Notebook”, son səhifəsində “Prestij” yazılmış dəftər laborator müayinəyə göndərilib.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, laborator müayinələr nəticəsində dərsliyin üzlüyünün rənginin davamlı və kənarlarının kəsiyinin hamar olmadığı, vərəqlərinin tam açılmadığı, dəftərin isə üzlüyünün rənginin davamlı olmadığı, damalarının aydın görünmədiyi, zibilliliyinin normadan artıq olduğu aşkarlanıb. Həmçinin müayinəyə göndərilmiş dərsliklərin saxta yolla çap olunduğu da müəyyən edilib. Belə ki, “Aspoliqraf” mətbəəsində çap olunan dərsliklərin üz qabığı sellofanlandığı və üz qabığının içəri tərəfində Azərbaycan Respublikasının dövlət rəmzləri – gerb, bayraq və himn çap olunduğu halda, laborator müayinəyə göndərilmiş dərsliklərin üzü sellofanlanmayıb və üz qabığının içəri tərəfində Azərbaycan Respublikasının dövlət rəmzləri çap olunmayıb.
Xidmət əməkdaşlarının dəftərlərlə bağlı aparılmış araşdırma zamanı isə onların üzərində istehsalçı müəssisənin adı, qiyməti və vərəqlərinin sayının göstərilmədiyi aşkarlanmış və bununla əlaqədar həmin dəftərlərin mənşəyini müəyyən etmək mümkün olmayıb. Yoxlamalar zamanı 178 ədədə yaxın bu cür saxta dərslik və 3115 ədəddən çox mənşəyi bəlli olmayan, son səhifəsində “İnci” və “Prestij” sözləri yazılmış dəftərlər satışdan çıxarılıb.
Elxan SALAHOV

583