Bəzi məktəblərin direktorları işdən çıxarılıb
Onlar məktəblərin təmiri adı ilə şagirdlərdən pul yığırmış
“Məktəblərdə şagirdlərdən pul yığılması hallarına yeni dərs ili ərəfəsində də rast gəlinib. Guya həmin pullar məktəblərin təmirinə sərf olunur. Ancaq biz bunların əleyhinəyik və belə hallara qarşı mübarizəmizi davam edirik”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir onu da əlavə edib ki, indiyədək belə hallarla bağlı sərt tədbir görülüb. Bizə bundan əvvəl də bir neçə faktla bağlı ünvanlı müraciətlər daxil olub və ciddi tədbirlər görülüb. Həmin məktəblərin direktorları dərhal işlən çıxarılıb.
“Mən jurnalistlərdən də xahiş edirəm ki, orta məktəbdə müəllimlərin qeyri-qanuni olaraq şagirdlərdən pul yığmasına dair faktları varsa, ünvanlı olaraq nazirliyə müraciət etsinlər. Biz əvvəl də indi də belə hallarla mübarizə aparmışıq, indi də bunu etməyə hazıram. Amma bu məsələyə ünvansız fikir bildirmək olmaz” - deyə, Misir Mərdanov vurğulayıb.
Elxan SALAHOV

1035