Özəl universitetlərdə təhsilhaqqı problemi
05 oktyabr 2009 18:15 (UTC +04:00)

Özəl universitetlərdə təhsilhaqqı problemi

Misir Mərdanov bu məsələdəki qeyri-müəyyənliyin aradan qaldırılmasına tərəfdardır

“Bizim özəl ali məktəblərin təhsil haqlarının müəyyənləşdirməsinə təsir etmək imkanımız yoxdur. Çünki dövlət ali məktəblərində təhsilhaqqı Tarif Şurası tərəfindən müəyyənləşdirir. Özəl ali məktəblərdə isə hələlik bu normativlər bəlli deyil”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir onu da əlavə edib ki, özəl universitetlərdə təhsilhaqqının müəyyən edilməsi qaydalarının olmaması həmin ali məktəblərdə qiymətlərin artırılması üçün bəhanə olmamalıdır: “Bu məsələ bir qədər qeyri-müəyyəndir. Belə çıxır ki, kim nə istəsə, onu da edə bilər. Ancaq bu, qəbulolunan hal deyil və qeyri-müəyyənlik aradan qaldırılmalıdır”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar