Təhsil naziri müəllimlərdən razılıq etdi
Misir Mərdanov 170 mindən artıq təhsil işçisinin böyük əksəriyyətinin müasir tələblərə cavab verdiyini deyib
“Son illər Azərbaycan hökuməti ilə yanaşı ictimaiyyətin də təhsilə münasibəti müsbətə doğru çox dəyişib. İndi ən müxtəlif peşə adamları dar Təhsil Nazirliyinə, məktəblərə teleqram göndərərək onları təbrik edirlər. Bu, o deməkdir ki, ölkədə müəllimə və təhsilə diqqət artıb və bu bizi daha məsuliyyətli işləməyə sövq edir”
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov müəllim günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşdə bildirib. O qeyd edib ki, bu il müəllim günü ilə əlaqədar təhsil işçilərinə əsas təbrik prezident tərəfindən gəlib. Belə ki, ölkə başçısının fərmanı ilə Azərbaycanın seçilmiş 72 müəlliminə əməkdar müəllim fəxri adı, 50-dən çox təhsil işçisinə tərəqqi medalı verilib. Onun sözlərinə görə, bu ənənə hər il oktyabrda təkrar olunur.
Misir Mərdanov vurğulayıb ki, hazırda Azərbaycanın təkcə ümumtəhsil məktəblərində 170 mindən çox müəllim çalışır. Onların 100 mindən çoxu tam ali, yerdə qalanı isə orta ixtisaslı təhsil işçiləridir. O qeyd edib ki, əsas müəllimin ali və ya orta təhsilli olmasında yox, onun təhsil sahəsindəki proseslərdən yeniliklərdən məlumatlı olmasındadır: “Ən vacibi odur ki, müəllim ziyalı olmalıdır. Müasir təhsil tendensiyalarını, bu sahədə həyata keçirilən hadisələrdən vaxtında və yetərli xəbərdar olsun. İndi Azərbaycanda müəllimlərin böyük əksəriyyəti bu meyarlara cavab verir. Güman edirəm ki, tendensiya bu şəkildə davam edərsə, yaxın gələcəkdə ölkədə bütün müəllimlər həm savad və qabiliyyətinə görə, həm də ümumilikdə bir ziyalı olaraq cəmiyyətini etimadını doğruldacaq”.
Elxan SALAHOV

691