Saxta dərslik və dəftərlər satışdan çıxarılıb
Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti dərsliklərin və dərs ləvazimatlarının keyfiyyəti ilə bağlı araşdırmalar aparıb.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu məqsədlə ticarət şəbəkələrində satılan, üz qabığı sellofansız və üzərində «Azərbaycan dili 8» yazılmış, son səhifəsində isə «Aspoliqraf» mətbəəsində çap olunduğu göstərilən dərslik, həmçinin üz qabığında «My Notebook», son səhifəsində «Prestij» yazılmış dəftər laborator müayinəyə göndərilib.
Laborator müayinələr nəticəsində dərsliyin üzlüyünün rənginin davamlı və kənarlarının kəsiyinin hamar olmadığı, vərəqlərinin tam açılmadığı, dəftərin isə üzlüyünün rənginin davamlı olmadığı, damalarının aydın görünmədiyi, zibilliliyinin normadan artıq olduğu aşkar olunub.
Araşdırmalar nəticəsində həmçinin müəyyən edilib ki, laborator müayinəyə göndərilmiş dərslik saxta yolla çap olunub. Belə ki, «Aspoliqraf» mətbəəsində çap olunan dərsliklərin üz qabığı sellofanlandığı və üz qabığının içəri tərəfində Azərbaycan Respublikasının dövlət rəmzləri – gerb, bayraq və himn çap olunduğu halda, laborator müayinəyə göndərilmiş dərsliklərin üzü sellofanlanmayıb və üz qabığının içəri tərəfində Azərbaycan Respublikasının dövlət rəmzləri çap olunmayıb. Dəftərlərlə bağlı aparılmış araşdırma zamanı isə onların üzərində istehsalçı müəssisənin adı, qiyməti və vərəqlərinin sayının göstərilmədiyi aşkarlanıb və bununla əlaqədar həmin dəftərlərin mənşəyini müəyyən etmək mümkün olmayıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən keçirilmiş yoxlamalar zamanı 178 ədədə yaxın bu cür saxta dərslik və 3 115 ədəddən çox mənşəyi bəlli olmayan, son səhifəsində «İnci» və «Prestij» sözləri yazılmış dəftərlər satışdan çıxarılaraq müvafiq qaydada götürülüb.

575