ATV tənqiddən sonra dəyişikliklərə qərar verdi
05 oktyabr 2009 11:15 (UTC +04:00)

ATV tənqiddən sonra dəyişikliklərə qərar verdi

Teleradio Şirkəti bir neçə şou xarakterli layihədən imtina edib, bəzilərinin formatını dəyişib, bir neçə yeni layihə işə salmağı qərara alıb


“Azad Azərbaycan” Teleradio Yayım Şirkətində telekanallardakı verilişlərin səviyyəsi və formatı ilə bağlı son vaxtlar mətbuatda və ictimaiyyətdə gedən müzakirələrlə bağlı toplantı keçirilib. Şirkətdən Lent.az-a verilən məlumata görə, toplantıda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin telekanallarla bağlı səsləndirdiyi tənqidi tezislərə uyğun olaraq, nöqsanlar müzakirə edilib və müvafiq qərarlar çıxarılıb.

Qəbul olunmuş qərarlara görə, dəyişikliklər aşağıdakılardan ibarətdir:

- “Performans”, “Tam sərbəst – solo” verilişləri yayımını dayandırıb

- SMS onlayn xidməti dayandırılıb

- “Onlar” proqramının məzmunu dəyişdirilib. Artıq “Onlar” verilişi mədəniyyət proqramı kimi fəaliyyət göstərəcək.

- Ana-uşaq problemləri ilə bağlı, valideyn maarifçiliyinə yönəlmiş “Körpəm” proqramı yayıma hazırlanıb.

- Milli-mədəni məsələləri araşdıracaq “İrsimiz” layihəsi əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun aparıcılığı ilə efirə çıxacaq.

- Azərbaycanın tarixi ilə bağlı etnoqrafik layihə olan “Sirli Azərbaycan”, həmçinin hərbi vətənpərvərlik layihəsi olan “Ordum var”, bundan başqa muğam sənətini təqdim edən “Muğam ocağı” adlı yeni layihələr ekran üzü görəcək

- Tezliklə ATV istehsalı olan sənədli, elmi-kütləvi filmlər, “El çələngi” folklor layihəsi və bir neçə mədəni, ədəbi və ictimai məzmunlu tok-şoular yayımlanacaq.

Toplantıda qərara alınıb ki, cəmiyyətdə tanınmış ziyalılardan ibarət Bədii Şura yaradılsın və bu şura veriliş və layihələr reallaşdırılarkən öz məsləhətlərini versin.

Baş vermiş dəyişikliklərlə bağlı Milli Televiziya və Radio Şurası məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar