Azərbaycanda ermənicə də xəbər yayımlayan televiziya fəaliyyətə başladı
05 oktyabr 2009 11:00 (UTC +04:00)

Azərbaycanda ermənicə də xəbər yayımlayan televiziya fəaliyyətə başladı

Azərbaycanın ilk beynəlxalq televiziyası olan “ATV İnternational” (“ATV İnt”) bu gün saat 14.00-da fəaliyyətə başlayıb.

Bu barədə APA-ya ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu məlumat verib.

Onun sözlərinə görə, “ATV İnt” müntəzəm olaraq 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbər buraxılışları hər gün, gündə iki dəfə olmaqla efirə veriləcək. V.Aydınoğlu deyib ki, xəbərlər “ATV news” kimi təqdim olunacaq və aparıcısız olacaq.

“Bu televiziyaya da digər Azərbaycan kanalları kimi “Türksat-3A”-da baxmaq mümkün olacaq”, - deyə V. Aydınoğlu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar