Qərb bölgəsində onkoloji xəstələrin sayı artıb
02 oktyabr 2009 14:00 (UTC +04:00)

Qərb bölgəsində onkoloji xəstələrin sayı artıb

Cari ildə Gəncə Regional Onkoloji Xəstəliklər Dispanserində 240 xəstə qeydiyyata götürülüb

Qərb bölgəsində onkoloji xəstələrin sayı artıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə Regional Onkoloji Xəstəliklər Dispanserinin baş həkimi Zikrət Hüseynov məlumat verib. Onun sözlərinə görə, cari ildə tibb müəssisində 240 xəstə qeydiyyata götürülüb. Bu da ötən illə müqayisədə daha artıqdır. Bunun da səbəbi həkimə erkən müraciət edən xəstələrin artması, müasir avadanlıqların köməkliyi ilə adı çəkilən xəstəliyin vaxtında aşkar edilməsidir.

Baş həkim Lent.az-a Dispanserin nəzdində yeni mərkəzinin yaradılacağını da bildirib: “Gəncə Regional Onkoloji Xəstəliklər Dispanserində şüa mərkəzi yaradılır. Bina tam hazırdır. Mərkəzin avadanlıqları isə Çexiyadan gətiriləcək. Artıq Çexiyalı mütəxəssislər bina ilə tanış olub. Avadanlıqlar bu ilin sonuna gətiriləcək, mərkəzin istifadəyə verilməsi isə gələn il üçün nəzərdə tutulub”.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar