1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür
01 oktyabr 2009 16:45 (UTC +04:00)

1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür

Pensiyaçılarımızın 28 faizini ahıllar təşkil edir

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” qanun imzalanıb.

Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Bu gün ölkə üzrə pensiyaçıların 28 faizini ahıl vətəndaşlar təşkil edir. Hazırda 70 yaşdan yuxarı 365467 nəfər əmək pensiyası alır.

Digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzindədir. Onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir.

Yaxın perspektivdə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu məsələlərin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1820

Oxşar yazılar