“Donuz qripi”nin gizli “dost”u tapıldı...
“Streptococcus pneumoniae” “Donuz qripi”nə insanı öldürməkdə yardımçı olur
ABŞ-da bu vaxta qədər AH1N1 virusundan (“Donuz qripi”) ölənlər üzərində aparılan araşdırma sensasion bir gerçəkliyi ortaya qoyub.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, 77 nəfərdən 29-un ölümünə tək AH1N1 virusu deyil, digər bir virus da səbəb olub. Bu, “Streptococcus pneumoniae” virusudur. “Streptococcus pneumoniae” virusu “Donuz qripi”nə insanı öldürməkdə bir növ yardımçı olur.
“Donuz qripi”ndən fərqli olaraq, bu virusu rentgen müayinələri zamanı aşkarlamaq mümkün olmur. ABŞ Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi bu virusa qarşı peyvəndin olduğunu və onunla mübarizənin çətin olmayacağını da bildirib.

782