Nazir: “Biz hansısa mehmanxananın qapısına qıfıl vura bilmərik”
Xızı və Dəvəçi rayonlarında inşa olunması nəzərdə tutulan turizm komplekslərinin ilkin işlərinə başlanılıb.
APA-nın məlumatına görə, bu barədə məlumata verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, üç ilə yaxındır, həmin ərazilərdə inşası nəzərdə tutulan turizm kompleksləri üçün artıq Küveyt və Çexiya sərmayəçiləri ilə danışıqlar aparılır: “Həmin zonadakı torpaqlar heç kimə verilməyib və verilə də bilməz. O torpaqlarda məhz turizm obyektlərinin tikilişi nəzərdə tutulur və bu işə də başlanılıb. Sadəcə olaraq, bu işin həyata keçirilməsi çox vəsait tələb edir və bu vəsaiti tapmaq çətindir”.
Ə.Qarayev onu da bildirib ki, 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların lisenziya məsələsinə daha çox diqqət yetiriləcək və bu iş daha da təkmilləşdiriləcək: “Bu gün yerli mehmanxanalarda əsas problem kadrların çatışmazlığıdır. Bu da xidmətin çox aşağı səviyyədə həyata keçirilməsinə dəlalət edir. Növbəti il biz artıq lisenziyaları mehmanxanada işləyən kadrların sayına görə verəcəyik. Əgər mehmanxanalarda kadrlardan narazı olsaq, o mehmanxanaların fəaliyyətinə son qoyulacaq. Biz mehmanxanaların fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinin xəbərdar edirik. Gedib hansısa mehmanxananın qapısına qıfıl vura bilmərik. Mehmanxananın fəaliyyəti yalnız Vergilər Nazirliyinin qərarından sonra dayandırıla bilər”

771