Qax rayonuna qar yağdı
29 sentyabr 2009 17:30 (UTC +04:00)

Qax rayonuna qar yağdı

Azərbaycanın Qax rayonuna qar yağıb.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, sentyabrın 27-dən başlayaraq respublikanın hər yerində hökm sürən qeyri-sabit hava şəraiti Qax rayonunda da güclü leysan yağışlarla və qarla müşahidə edilib. Ötən gün yağan aramsız yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb.

Leysan yağışları nəticəsində Qaraçay çayında suyun səviyyəsinin həddən artıq qalxması nəticəsində çay öz məcrasından çıxıb. Bu səbəbdən çayın üzərindəki körpünü sel suları dağıdıb. Ötən gün aramsız yağan yağışlar rayonun dağlıq ərazilərində qarla müşahidə olunub, rayonun dağ kəndi olan Sarıbaş kəndinə 5-6 sm. qar yağıb.


Qeyd edək ki, bölgədə hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Böyük Qafqaz sıra dağlarının cənub hissəsindəki dağlar qarla örtülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar