Azərbaycan Nəşriyyatı susuz qalıb
29 sentyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycan Nəşriyyatı susuz qalıb

Nəşriyyatın suyu kəsilib, ehtiyat anbarda su tükənib

Azərbaycan Nəşriyyatının su təchizatı dayandırılıb. Bu barədə Lent.az-a Nəşriyyatdakı qəzetlərdən birinin redaksiyasından məlumat verilib. Belə ki, “Azərsu” Səhmdar Cəmiyyəti (SC) Nəşriyyatın külli məbləğdə borcunu ödəməməsi səbəbindən sentyabrın 25-dən etibarən bu qurumun binasına suyun verilməsini dayandırıb. Nəşriyyat rəhbərliyi dərhal ehtiyat su anbarından istifadə etmək barədə göstəriş verib. Sentyabrın 28-i axşam saatlarından isə ehtiyat su anbarındakı su bitib. Hazırda Nəşriyyatda su yoxdur.

Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova Lent.az-a açıqlamasında suyun kəsilməsi, artıq ehtiyat suyun bitməsi barədə məlumatı təsdiqləyib. Lakin o, Azərbaycan Nəşriyyatının “Azərsu” SC-yə nə qədər borcu olması barədə məlumatsız olduğunu deyib.

Azərbaycan Nəşriyyatında 170-dək qəzet və jurnalın fəaliyyət göstərir, bir qismi jurnalist olmaqla yüzlərlə insan çalışır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar