Fəaliyyəti dayandırılan otellərin siyahısı açıqlandı
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda fəaliyyəti dayandırılan istirahət mərkəzlərinin siyahısını açıqlayıb
Mehmanxana və mehmanxana tipli obyekt kimi fəaliyyət üçün lisenziya almayan obyektlərdən Qəbələdə “Ay işığı”, Lənkəranda “Mamustar”, “Xanbulaq”, Masallıda “Ekzotika”, “Qartal”, “Sakit guşə”, “Sim-sim”, “Rasim”, “Şahin”, “Türkan” və “Turan” istirahət mərkəzlərinin fəaliyyəti qanunvericilikdə nəzərdə tutulduğu qaydada dayandırılıb.
APA-nın məlumatına görə, bu siyahını bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıqlayıb.
Nazir bildirib ki, bundan başqa Qubada “Asma körpü”, “Sahil”, “Qəçrəş” və “Minarə”, Lerikdə isə “İstanbul” istirahət mərkəzləri mehmanxana fəaliyyətini dayandıraraq yalnız restoran kimi xidmət göstərəcək: “Bütün bunlar bir monitorinqin nəticələridir. Bu monitorinqlər davamlı olacaq. Nazirliyin mütəxəssisləri bir neçə lisenziya alan mehmanxanada apardıqları monitorinq zamanı bir çox nöqsanla qarşılaşıblar. Monitorinq komissiyasının verdiyi arayışa əsasən məlum olub ki, Şəki şəhərində yerləşən “Narınqala” istirahət mərkəzi, Qəbələdə “Çənlibel” və “Sahil”, Lerikdə ”Çənlibel”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Altun”, “Xəyal” istirahət mərkəzləri, Lənkəranda “Bəşərül”, “Qızıltac”, “Dalğa” mehmanxanalarının, Xaçmaz və Masallıda bir neçə obyekt istisna olmaqla, yerdə qalan heç bir turizm obyektinin mətbəxlərində sanitar-gigiyenik qaydalara riayət olunmur. Şəkidəki “Marxal” istirahət mərkəzində otaqlar heç bir standartlara cavab vermir və turistlərin burada qalması məsləhət görülmür. Quba rayonunda fəaliyyət göstərən “Avan” və “Panda” istirahət mərkəzlərində qonaqların yerləşdirilməsi üçün heç bir münasib şərait yaradılmayıb”.
Nazir bildirib ki, “Avan” istirahət mərkəzində ümumiyyətlə qonaqlara qarşı etik davranış qaydalarına belə əməl olunmur.

1387