Avropa Komissiyası Azərbaycana 640770 avro ayırdı
29 sentyabr 2009 10:45 (UTC +04:00)

Avropa Komissiyası Azərbaycana 640770 avro ayırdı

3 il ərzində həyata keçiriləcək layihənin sonunda himayədar ailələr assosiasiyası yaradılacaq

Avropa Komissiyası Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün alternativ xidmətlərin yaradılması məqsədilə 640770 avro ayırıb. Bu vəsait Avstriyanın “Hilfswerk” təşkilatı ilə birgə hazırlanan layihənin reallaşdırılmasına yönəldiləcək.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, layihə çərçivəsində Azərbaycanda alternativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmləri qurulacaq, himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirilməsi mexanizmləri hazırlanacaq. Bununla yanaşı, layihənin 3 illik icra müddəti ərzində himayədar ailə olmaq üçün müraciət edən namizədlər arasından seçiləcək 50 ailə üçün treninqlər təşkil ediləcək.

Layihəyə uyğun olaraq, övladlığa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsinin həyata keçirilməsi üçün 25 sosial işçinin hazırlanması da planlaşdırılır.

Nazirlikdə bildirirlər ki, layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaq. Bu məqsədlə ”Hilfswerk” təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi Əzizbəyov və Suraxanı rayonlarındakı internat məktəblərdə olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar