Misir Mərdanov alman professoru ilə görüşüb
Bu gün təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobellə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışılıb.
“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirən Misir Mərdanov bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi uğurla yekunlaşıb.
Misir Mərdanov yeni layihənin də ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsinə layiqli töhfə verəcəyinə əminliyini ifadə edib. O, bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır. Nazir həmçinin ölkəmizin bir neçə ilk peşə ixtisas təhsili müəssisəsində bu istiqamətdə iş aparılması təklifi ilə çıxış edib.
Görüşdə layihənin başlanması məqsədilə müqavilə şərtlərinin müəyyənləşdirilməsi, cari ilin iyulunadək müqavilənin bağlanılmasının nəzərdə tutulduğu və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılması barədə fikirlər səsləndirilib. “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya üzrə meneceri Herbert Strobel “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” layihə üzrə məsul qurumlarla birgə görüləcək işlərdən danışaraq bildirib ki, bu layihənin əsas məqsədləri kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsidir. Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini də söyləyib.
Almaniyalı qonaq qeyd edilib ki, 4 alt komponentdən ibarət olan “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə müqavilə sənədinin ilkin olaraq martın 15-dək hazırlanması nəzərdə tutulur.
Elxan SALAHOV

954