Cəbhəyanı kəndlərdə bəzi xəstəliklərinin artması müşahidə olunur
Son vaxtlar Qarabağ bölgəsində müxtəlif növ xəstəliklərin sürətlə artdığı müşahidə olunur. Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan bildirilib ki, miqyası genişlənən xəstəliklərin əksəriyyəti xüsusilə həyəcan və əsəb mənşəlidir. Ən çox artım isə şəkərli diabet xəstəliyinin payına düşür. Təkcə 2010-cu ildə Ağdam rayonunun işğal olunmamış ərazilərində yaşayan sakinlər arasında 1700 nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınıb. 2008-2009-cu illərdə isə bu xəstələrin sayı təxminən 400 nəfər olub.
Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova APA-nın Qarabağ bürosuna bildirib ki, bu rəqəmin 400-dən 1700-ə yüksəlməsinin əsas səbəblərdən biri də, ötən illər ərzində şəkər xəstələrinin qeydiyyatdan kənar qalmasıdır. Buna baxmayaraq əhali müharibə şəraitində yaşadığından bu xəstəliyin əlamətlərinin artımı yüksək hədlə müşahidə olunmaqdadır. Həkim xəstəliyin geniş yayılmasına səbəb kimi xüsusilə cəbhəyanı yaşayış məntəqələrində sakinlərin hər gün həyəcan, əsəb gərginliyi içərisində yaşamasını və qeyri-rasional qidalanması əsas gətirib.
Baş həkim şəkərli diabet xəstələrinin dövlət tərəfindən vaxtaşırı pulsuz təmin olunduğunu deməklə yanaşı bildirib ki, rayon ərazisində sonuncu qeydiyyat zamanı xəstələrin real sayı ilə pulsuz dərmanla təchiz olunanların sayı arasında ciddi fərq yaranıb. Buna görə də Mərkəzi Rayon Xəstəxanası Səhiyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət edib. Qarşı tərəf isə problemin yaxın vaxtlarda həllini tapacağına söz verib.
Gülnar Abbasova daha sonra bildirib ki, son zamanlar ürək, qan-damar sistemi, nevroz, hipertoniya (qan təzyiqinin yüksək olması) və dəri xəstəliklərinin artması da narahatlıq doğurur. Onun sözlərinə görə, ürək, qan-damar, nevroz və hipertoniya kimi xəstəliklərin geniş yayılması şəkərli diabet xəstəliyinin yaranma səbəbi ilə oxşardır - yəni insanların daha çox müharibə həyəcanı içində olması əsas səbəbdir.
Baş həkim uşaqlar arasında şəkərli və şəkərsiz diabetin, həmçinin uşaq serebral iflicinin yayılmasını üzücü hal kimi qiymətləndirib.
Gülnar Abbasova qeyd edib ki, son illər Ağdam Mərkəzi Rayon Xəstəxanası ən müasir avadanlıqlarla təchiz olunub və tibb ocağına müraciət edən xəstələrin böyük əksəriyyətini yerli şəraitdə müalicə etmək mümkündür. Prezident İlham Əliyevin sərəncamı ilə tikilən xəstəxanaya son bir neçə ay ərzində 900 min manatlıq dəyərində tibbi avadanlıq, o cümlədən qastroskop, 2 ədəd ensefaloqram, 2 ədəd USM, 5 ədəd EKQ (elektrokardioqram), lazer fizioterapevtik aparatları verilib. Xəstəxanada ən müasir avadanlıqlarla təchiz olunmuş iki cərrahiyə bloku qurulub.
Rayonda yeni uşaq xəstəxanası və doğum evinin inşası yekunlaşmaq üzrədir ki, tibb mərkəzlərinin də may-iyun ayları ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

784