Dissertasiya işlərinə opponentlik üçün ödəniş normaları təsdiqləndi
07 fevral 2011 17:01 (UTC +04:00)

Dissertasiya işlərinə opponentlik üçün ödəniş normaları təsdiqləndi

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, baş nazirin imzaladığı 2 fevral 2011-ci il tarixli, 22 saylı qərara əsasən, müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə saat normaları elmlər doktoru elmi dərəcəsi üzrə 40 saat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə isə 20 saat həcmində müəyyən edilib.


Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilir. Dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bu qərar 2011-ci il fevralın 2-dən qüvvəyə minir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar