İstehlakci.az saytı fəaliyyətə başladı
Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırladığı “www.istehlakci.az” saytının təqdimatını keçirib.
Lent.az-ın məlumatına görə, Şəbəkənin informasiya-kommunikasiya texnologiyaları üzrə eksperti Nicat Rzayev bildirib ki, saytda daha çox informativliyə üstünlük verilib. Belə ki, vətəndaş saytda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, istehlakçı hüquqlarının qorunması ilə bağlı ona zəruri məlumatları asanlıqla əldə edə bilər. Saytda “Qanunvercilik”, “Kommunal xidmət tarifləri”, “Təhlükəsizlik qaydaları”, “Faydalı linklər”, “Sorğu”, “Media”, “Xəbərlər”, “Pulsuz hüquqi yardım”, “Qaynar xətlər”, “Onlayn müraciət”, “İstehlakçı hüquqları” bölmələri var. Vətəndaşlar kommunal xidmətlər barədə ən vacib məlumatları bu sayt vasitəsilə əldə edə bilərlər.
Bundan başqa, istehlakçılar “Pulsuz hüquqi yardım” bölməsinə daxil olub pulsuz hüquqi yardım göstərilməsi qaydaları ilə tanış ola bilərlər. “Onlayn müraciət” bölməsi vasitəsilə isə onlar maraqlandıqları suallara cavab tapa biləcəklər. Nicat Rzayev deyib ki, sayt 10 gündür hazırlanıb və hələ bir qədər də təkmilləşdiriləcək. Bu zaman vətəndaşların təklifləri də nəzərə alınacaq.
Saytın təqdimatından sonra layihə kooridnatorunun köməkçisi Zaur İbrahimov “Pulsuz Hüquqi Yardım” xidməti barədə məlumat verib. O, bildirdi ki, elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlar, bu məsələlərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə müraciət edə bilərlər. Bu zaman onlarla pulsuz hüquqi yardım göstəriləcək. Bunun üçün vətəndaşlar (+99412) 492 57 26 saylı telefona zəng edə, [email protected] elektron unvanına, yaxud AZ 1001 Bakı şəhəri M.Əfəndiyev, 7/24 ünvanına məktub yaza bilərlər.
Elxan SALAHOV

1053