İlk elektron qəzet çıxdı - FOTO
Rupert Merdokun “News Corp.” media korporasiyası və “Apple” şirkəti xüsusi olaraq “iPad” planşet kompüteri üçün hazırlanmış “The Daily” adlı ilk elektron qəzeti təqdim ediblər.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzetin təqdimat mərasimini Nyu-Yorkun Quqenhaym muzeyində şəxsən Rupert Merdok və “Apple” şirkətinin internet-servislər üzrə vitse-prezidenti Eddi Kyu keçiriblər.
Elektron qəzetə abunəçi olmaq üçün həftədə 99 sent ödəmək lazım gələcək. Lakin illik ödəniş etmək istəyən istifadəçilər üçün 39,99 dollar məbləğində güzəştli qiymət tətbiq olunacaq. “The Daily”in yeni nömrəsi “iPad” istifadəçisinin planşetinə avtomatik daxil olacaq. Elektron nəşrin səhifələrinə məqalələr, fotoşəkillər (o cümlədən panoram təsvirlər) və video-çarxlar yerləşdirilir. Bundan əlavə, istifadəçi oxuduğu materiallarla “Facebook” sosial şəbəkəsi, “Twitter” mikrobloq servisi və ya elektron poçt vasitəsilə öz dostları ilə bölüşə bilər.
Qəzetin çap və internet versiyasının buraxılması nəzərdə tutulmayıb.
Rupert Merdok sözügedən layihənin reallaşdırılmasına 30 milyon ABŞ dolları məbləğində vəsait xərcləyib. Layihənin həyata keçirilməsinə müxtəlif KİV-lərdən tanınmış jurnalistlər dəvət olunub. Qəzetin materialları üzərində yüzə yaxın əməkdaş, o cümlədən “The New Yorker”, “Forbes”, AOL, “The Daily Beast” və “Politico” kimi tanınmış nəşrlərin jurnalistləri çalışırlar.
“iPad” üçün xüsusi qəzetin buraxılması “News Corp.” nəşrlərinin onlayn-kontentinin ödənişli edilməsi üzrə strategiyanın davamıdır. Amerikalı media-maqnat hesab edir ki, internet istifadəçiləri xəbərlərə görə pul verməlidirlər.

954