Almaniyanın Tübingen Universiteti Azərbaycanda araşdırma aparacaq
Ötən il Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memoranduma uyğun olaraq, ölkəmizdə təhqiqat aparmaq üçün ilk tələbə Azərbaycana gəlib.
Bu barədə Lent.az-a BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Tübingen Universitetinin Mariya Heynk BAMF-da 2011-ci il aprelin 2-nə qədər könüllü olaraq fəaliyyət göstərəcək. O, müstəqillik qazanmış ölkələrin, xüsusən də keçmiş Sovet ölkələrinin inkişafı ilə dərindən maraqlanır. Mariya Henk hökumətlərin konfliktlərin həll yolları, əgər konfliktlər müharibələrə gətirib çıxararsa sonra nə baş verər biləcəyini, əhalinin bütün bunlara münasibətini, baş verənlərin onların həyatına necə təsir etdiyini araşdıracaq.
Tələbə Dağlıq Qarabağ problemi, bu problem nəticəsində öz torpaqlarından qaçqın düşən və məcburi köçkün olan insanlarla yaxından tanış olacaq, onların həyat şəraitini araşdıracaq. Mariya Heynk bildirib ki, Qafqaz və Mərkəzi Asiya regionlarında toplumların antropologiyası, o cümlədən siyasi, iqtisadi və digər sahələrdəki inkişafı onun şəxsi araşdırmasının hədəflərindən biridir. O, BAMF-ın fəaliyyəti, layihələrin hazırlanması və idarə olunması, ofis işinin təşkili və sairə məsələlərlə də maraqlanacaq.

853