“Narkotiklərə yox deyək”
27 yanvar 2011 19:28 (UTC +04:00)

“Narkotiklərə yox deyək”

APA-ECONOMICS”in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən DGK-nın sədri Aydın Əliyev qeyd edib ki, narkotiklərlə mübarizə hüquq-mühafizə orqanları tərəfindən aparılmalıdır: “Lakin buna paralel olaraq əhali də narkotiklərin insanlara vurduğu ziyanı barədə məlumatlandırılmalıdır. Elə bu tədbir də bu istiqamətdə görülən işlərdəndir”.

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov narkotiklərlə mübarizənin əhəmiyyəti və vacibliyindən danışıb və qeyd edib ki, bu problem təkcə Azərbaycan deyil, bütün dünyanın problemdir: «Buna görə narkotiklərlə mübarizənin aparılması bütün qurumlar tərəfindən aparılmalıdır».

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev narkotiki «əsrin problemi» adlandırıb və bununla daim mübarizə aparmaq lazım olduğunu bildirib.
Daha sonra müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Portret bölməsi üzrə I, II və III yerlərə diplom və hədiyyələr, eyni zamanda 5 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunub. Analoji diplom və mükafatlar foto bölməsi üzrə də təqdim olunub. Ümumiyyətlə, 16 nəfər mükafata layiq görülüb. Daha sonra sərgiyə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar