Azərbaycanda ilk dəfə Məlumatın Qorunması Günü qeyd ediləcək
27 yanvar 2011 15:16 (UTC +04:00)

Azərbaycanda ilk dəfə Məlumatın Qorunması Günü qeyd ediləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq 5-ci ildir ki qeyd olunan bu günün başlıca məqsədi geniş əhali təbəqəsinə şəxsi həyat və fərdi məlumatın qorunmasının vacibliyi haqqında bir daha xatırlatmaqdır.


28 yanvar tarixi isə təsadüfi deyil. Məhz 28 yanvar 1981-ci il tarixində Strasburqda Avropa Birliyi tərəfindən daha çox “108 №-li Konvensiya” kimi tanınan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Bu sənəd bu sahədə yeganə beynəlxalq hüquqi aktdır ki, məcburi qaydada icra olunmalıdır.


“108 №-li Konvensiya”ya istənilən ölkə qoşula bilər. 2010-cu ilin noyabr ayının 24-dən 26-dək İstanbulda Ədliyyə Nazirlərinin 30-cu konfransında qəbul olunmuş 3 saylı qərara əsasən Azərbaycan Respublikası da bu Konvensiyaya qoşulub. Artıq beş ildir ki, yanvarın 28-də dünyanın müxtəlif ölkələrində mövcud verilənlər bazaları, onların yaradılmasında məqsəd, fərdi məlumatların emalı istiqamətində vətəndaşların hüququ, eləcədə bu cür məlumatların qanunsuz istifadəsi ilə bağlı gizli təhlükələrə dair əhalinin biliklərinin artırılması üzrə tədbirlər keçirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu il 28 yanvar - Məlumatın Qorunması Gününü qeyd etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar