Beşyaşlıların cəmi 16 faizi bağçaya gedir
Son illər ərzində 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində müəyyən tədbirlər görülsə də, bu, nəticəyə ciddi təsir göstərməyib. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün nazirlikdə keçirilən geniş kollegiya iclasında bildirib.
O qeyd edib ki, hazırda ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə dairəsi cəmi 16 faiz təşkil edir. Onun sözlərinə görə, bu sahədə nisbətən yaxşı vəziyyət respublikanın şəhər və rayonları arasında yenə də paytaxtın payına düşür. Belə ki, son 3 ildə görülmüş işlər nəticəsində Bakıda bağçaya gedən uşaqların sayı 8601-ə çatıb. Hazırda paytaxtda uşaqların məktəbəqədər təhsillə əhatə dairəsi cəmi 26 faiz təşkil edir.
Misir Mərdanov deyir ki, hazırda ölkədə 13192 beşyaşlı uşaq var. Ancaq onlardan cəmi 21,5 faizi məktəbəqədər təhsilə cəlb olunub. Onun sözlərinə görə, buna səbəb ölkədə uşaq bağçalarının sayının azlığı və mövcud məktəbəqədər təhsil müəssisələrinin bir çoxunun yerləşdiyi binaların yararsızlığı, müasir tələblərə uyğun olmamasıdır.
Nazir deyib ki, hazırda Azərbaycanın yalnız 868 yaşayış məntəqəsində uşaq bağçaları var. Bu isə ölkə üzrə yaşayış məntəqələrinin 25 faizini təşkil edir.
Elxan SALAHOV

623