Həkimlər növbəti dəfə imtahan verdi
26 yanvar 2011 19:25 (UTC +04:00)

Həkimlər növbəti dəfə imtahan verdi

Tibb işçilərinin sertifikasiyası məqsədilə bu gün həkimlərin dördüncü qrupu test imtahanları verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu dəfə dematoveneralogiya və kardiologiya ixtisasları üzrə praktik tibb fəaliyyəti göstərən həkimlər biliklərini sınayıb. Üç saat davam edən imtahan ərzində həkimlərə 100 sual təqdim olunub. Bu suallardan ən azı 60-a düzgün cavab verənlər ikinci mərhələyə – müsahibəyə buraxılır.

Nazirlikdə bildirirlər ki, bu gün keçirilən imtahanların nəticələri yaxın iki gün ərzində açıqlanacaq. Bu zaman imtahanda iştirak edən hər bir həkimin topladığı bal nazirliyin internet saytında yerəlşdiriləcək.

Xatırladaq ki, həkimlərin sertifikasiyası məqsədilə ilk test imtahanları yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. Yanvarın 12-də, anestiziologiya-reanimatologiya və pediatriya, yanvarın 19-da isə oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə praktik tibb fəaliyyəti göstərən həkimlər imtahan verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar