Abituriyentlərin 61,6 faizi imtahandan “2” alıb
25 yanvar 2011 13:49 (UTC +04:00)

Abituriyentlərin 61,6 faizi imtahandan “2” alıb

2010-cu ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda iştirak etmiş abituriyentlərin 61,6 faizi 200 baldan aşağı nəticə göstərib. Bu isə həmin abituriyentlərin ənənəvi qiymətləndirmə üzrə imtahanlardan “2” alması deməkdir.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. Abbaszadə qeyd edib ki, ötən il abituriyentlərin 16,7 faizi “3”, 16,7 faizi “4”, cəmi 5 faizi isə “5” alıb. Onun sözlərinə görə, 2010-cu ildə imtahanlardan “2” almış abituriyentlərin say əvvəlki illə müqayisədə azalıb. “3”, “4” və “5” qiyməti alanların sayı isə artıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar