31 minə yaxın abituriyent sınaqdan keçdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə yanvarın 23-də keçirdiyi sınaq imtahanlarının nəticələri bu həftənin sonlarında elan ediləcək.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a sınaq imtahanları 11 şəhər və rayonda iki növbədə təşkil olunub. Bakı, Sumqayıt və Gəncə şəhərlərində imtahanlar saat 10.00-da, digər şəhərlərdə isə 13.30-da başlayıb. İmtahanlar 28 binada keçirilib. Onlardan 16-sı Bakıda, 12-si isə digər şəhər və rayonlarda yerləşir. İmtahan prosesinə ümumilikdə 103 imtahan rəhbəri, 1085 nəzarətçi cəlb edilib.
Elnur Nağızadə deyib ki, imtahanda ciddi problem və çatışmazlıq qeydə alınmayıb. Onun sözlərinə görə, sınaq imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş 31 minə yaxın 95 faizə qədəri iştirak edib. Qalan 5 faiz müxtəlif səbəblərdən, əsasən də başqasının sənədi ilə imtahanda iştiraka cəhd etdiyinə görə prosesdən kənarda qalıb.
TQDK rəsmisi bildirir ki, artıq dünən axşam saatlarından imtahanın keçirildiyi şəhər və rayonlardan abituriyentlərin cavab kartları komissiyaya daxil olmağa başlayıb. Hazırda cavab kartlarının optik oxuyucu vasitəsilə emal prosesi gedir.
Elxan SALAHOV

724