“Azərbaycan 10 il Avropa Şurasında”
24 yanvar 2011 10:34 (UTC +04:00)

“Azərbaycan 10 il Avropa Şurasında”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov (AVCİYA) Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyinə dair kitab yazıb. Lent.az-ın məlumatına görə, “Azərbaycan 10 il Avropa Şurasında” kitabında Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyü dövründə keçdiyi yol lakonik formada təhlil edilib.

Azərbaycanın Avropa Şurasının bərabərhüquqlu üzvü kimi keçmiş 10 il ərzində dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi, o cümlədən insan hüquqlarına və əsas azadlıqlara dair beynəlxalq standartların milli qanunvericilikdə təsbiti və təmin edilməsi, bazar iqtisadiyyatının bərqərar olması, ölkənin sosial-iqtisadi inkişafı və Avropa hüquq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olduğunu qeyd edən müəllif 2001-ci ildən indiyə qədər Avropa Şurası Parlament Assambleyasında qazanılan uğurlarda Azərbaycan nümayəndə heyətinin üzvü olmuş millət vəkillərinin rolunu xüsusi vurğulayır.

Kitab Azərbaycan dilində Bakıda, ingilis dilində Brüsseldə işıq üzü görüb. Kitabın elmi redaktoru Almaniya-Azərbaycan Əlaqələrinin İnkişafına Yardım Cəmiyyətinin sədri, Almaniya millət vəkili (1976-2009), Parlamentdə Dövlət Katibi (1991-1998), AFR-in Daxili İşlər Nazirinin müavini (1992-1998) Eduard Lintner, ön sözünün müəllifi isə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Avropa Şurasının Belçika üzrə nümayəndə heyətinin keçmiş prezidenti Jan-Pol Anridir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar