“Turizm ili” ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində İşçi qrupu yaradılıb
19 yanvar 2011 18:41 (UTC +04:00)

“Turizm ili” ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində İşçi qrupu yaradılıb

İşçi qrupu tərəfindən “Turizm İli” ərzində keçiriləcək tədbirlər planı hazırlanacaq. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müxbirlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri də İşçi qrupuna daxildir: “Biz indi müəyyən təhsil ocaqlarının nümayəndələrini də ora daxil edirik. Gözləyirik ki, bu ayın sonuna qədər “Turizm İli” ilə bağlı ilkin layihə hazırlansın və ondan sonra bu proqramın icrası ilə bağlı xüsusi bir işçi qrupu olacaq. Bu işin koordinasiyası tək nazirliyin üzərinə düşməyək. Nazirlər Kabineti və digər qurumlar bu işə cəlb olunacaq”.


Nazir bildirib ki, fevral ayının əvvəlində hazırlanacaq tədbirlər planı respublikanın rəhbərliyinə təqdim olunacaq və bundan sonra sənədin icrasına başlanılacaq.


Ə.Qarayev söyləyib ki, dövlət başçısı İlham Əliyev Azərbaycana gələn insanların sayını və ölkəmizə artan marağı, eləcə də Azərbaycanda ilboyu gerçəkləşəcək bir neçə böyük infostruktur layihələrinin tamamlanmasını nəzərə alaraq, 2011-ci ili “Turizm İli” elan edib: “Bu il müddətində elə addımlar atılmalıdır ki, ondan sonra həm Dövlət Proqramının icrasına, ümumiyyətlə turizm sənayesinin inkişafına əsaslı bünövrə qurulsun. Bu il bizi olduqca böyük işlər gözləyir. Bu ilin “Turizm İli” elan olunması böyük sıçrayış yaratdı”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar