Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və təhsil siyasəti” mövzusunda elmi konfrans keçirilib - FOTO
Lent.az-ın məlumatına görə, konfransı giriş sözü ilə NDU-nun rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli açıb. O, çıxışında Heydər Əliyevin Azərbaycan təhsilinin naminə həyata keçirdiyi xidmətləri vurğulayıb.
Universitetin sosial idarəetmə və hüquq fakültəsinin tələbələrindən İntizar Məmmədova, Elşən Abdullayev, Asəm Kazımov, Yaqub Əliyev məruzələrində qeyd ediblər ki, Heydər Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir çox sərəncamlar imzalayıb. Qeyd olunub ki, Heydər Əliyevin işləyib hazırladığı strategiya əsasında Azərbaycanın müstəqil milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir.
Sonda “Heydər Əliyev və təhsil siyasəti” mövzusunda videofilm təqdim olunub.

2115